Kolumbiyada mədəndə baş verən partlayışda 12 nəfərin öldüyü təsdiqlənib. Qalan 3 mədənçinin axtarışı davam edir.
Arazmedia.az xəbər verir ki, El-Suliya bələdiyyəsi ərazisindəki mədəndə axtarış davam edir.
Mədəndə mayın 30-da baş vermiş partlayış nəticəsində çıxış yolu bağlanıb. Metan qazının çox olması xilasetmə işlərini çətinləşdirir.