![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/05/image_2022-05-17_094650466.png?resize=620%2C348&ssl=1)
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 0,35% azalaraq, 1 barelə görə 113,84 dollar təşkil edib.
Arazmedia.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,4% azalaraq 111,37 dollar təşkil edib.