DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukrayna hərbçiləri Xarkovda Rusiya ilə sərhədə çatdı

1 dəqiqəyə oxunur

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb.

Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələri “Facebook” sosial şəbəkəsində video paylaşıb.

Məlumata görə, 127-ci ərazi müdafiə briqadasının 227-ci batalyonunun hərbçiləri Prezident Volodimir Zelenskiyə döyüş tapşırığının yerinə yetirilməsi barədə raport veriblər.

Döyüşçülər mayın 15-də Rusiya Federasiyası ilə sərhədə çıxıblar. Onlar Xarkov vilayətinin şimalının Rusiya hərbçilərindən təmizlənməsi əməliyyatı zamanı əldə edilən strateji uğurdan danışıblar.

Xatırladaq ki, bu yaxınlarda Xarkov vilayətinin hərbi administrasiyası Ukrayna Silahlı Qüvvələrinin İzyum istiqamətində əks-hücum əməliyyatına başlaması barədə məlumat yaymışdı. Bura əyalətin ən qaynar nöqtəsidir.