![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/05/image_2022-05-11_180637896.png?resize=700%2C500&ssl=1)
“Qarabağ” klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.
Arazmedia.az klubun saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.