Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Arazmedia.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 632 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 59 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 752, bu günə qədər isə ümumilikdə 6 836 368 test icra olunub.