DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rusiyada keçmiş nazir həbs edildi

1 dəqiqəyə oxunur

Altay diyarının keçmiş nəqliyyat naziri Aleksandr Dementyev rüşvətə azadlıqdan məhrum edilib. 

Arazmedia.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, beş milyon iki yüz min rubl rüşvətə görə 4 il müddətinə sərt rejimli koloniyada cəza çəkəcək. 

Rusiyanın region üzrə İstintaq Komitəsi (TFR) məlumat verir ki, 2020-ci ilin yanvarında məmur firmalardan birinin təsisçisi və direktoru ilə “əməkdaşlıq” barədə razılığa gəlib – pul müqabilində Dementyev regionun yol tikintisi idarələri üçün podratçı kimi onların şirkətini seçib.

İstintaq mərhələsində təqsirləndirilən şəxs özünü təqsirli bilib.

O, həmçinin üç il müddətinə dövlət hakimiyyətinin icra orqanlarında vəzifə tutmaq hüququndan da məhrum edilib.