![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/05/image_2022-05-04_113906391.png?resize=700%2C400&ssl=1)
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan Arazmedia.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 1 701.5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.