DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Belarusun ilk prezidenti dünyasını dəyişdi

1 dəqiqəyə oxunur

Belarusun ilk prezidenti Stanislav Şuşkeviç vəfat edib.

Arazmedia.az  xəbər  verir  ki, bu barədə onun həyat yoldaşı İrina Şuşkeviç  “Euroradio”ya məlumat verib.

Şuşkeviç mayın 4-nə keçən gecə 87 yaşında dünyasını dəyişib.

Bildirək ki, sabiq prezident 2022-ci ilin fevral ayının sonunda COVID-19-a yoluxub və bu səbəbdən xəstəxanaya yerləşdirilib. Lakin o, tezliklə evə buraxılıb, sonra isə aprel ayında səhhəti yenidən pisləşib. Siyasətçi dərhal Respublika Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilsə də, süni nəfəs aparatına qoşulmayıb. Aprelin sonunda Şuşkeviç ev müalicəsinə köçürülüb. 

Şuşkeviç 1991-1994-cü illərdə Belarusa rəhbərlik edib. O, Rusiya, Ukrayna və Belarus arasında Belovejskaya müqavilələrinin hazırlanması və imzalanmasında iştirak edib. Siyasətçi 1994-cü ildə də ikinci prezidentlik müddətinə namizədliyini irəli sürsə də, ikinci tura çıxa bilməyib. Bir il sonra o, XIII çağırış Respublika Ali Sovetinə deputat seçilmişdir. 1996-cı ilin siyasi böhranı zamanı Şuşkeviç prezident Aleksandr Lukaşenkonun impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə bəyanat imzalayıb.