DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Nazarbayevin qardaşı oğlu İŞDƏN ÇIXARILDI

1 dəqiqəyə oxunur

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Yerbol Nazarbayev Korrupsiyaya qarşı Mübarizə Xidməti orqanından xaric edilib.

Arazmedia.az “İnterfaks“a istinadən xəbər verir ki, bu barədə bu gün qurumun mətbuat xidməti məlumat yayıb.

“İctimaiyyətdə yayılan video ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Xidməti aşağıdakıları elan edir: 26 yanvar 2022-ci il tarixində Agentliyin sədrinin əmri ilə Nazarbayev Yerbol Agentliyin xüsusi departamentinin rəis müavini vəzifəsindən azad edilib. O, 2022-ci il aprelin 14-də Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin orqanlarından xaric edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Yerbol Nazarbayev Nursultan Nazarbayevin qardaşı Bolatın oğludur. Bundan əvvəl sosial şəbəkələrdə şüşələri qaraldılmış avtomobildə polis tərəfindən saxlanılan Yerbol Nazarbayevə bənzəyən şəxsin əks olunduğu video yayılıb.