İstanbulun Sarıyer rayonunda zirehli polis maşını aşıb. Arazmedia.az-ın “Anadolu Ajansı”na istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 2 polis əməkdaşı yaralanıb. Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində polis maşını yolda maneələrə çırpılaraq aşıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerində xilasetmə və polis qruplarının araşdırmaları davam edir. Share