![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/05/1651437600.271488221488.jpg?resize=700%2C500&ssl=1)
Qalatasaray” Türkiyə Superliqasında 35-ci tur oyununa çıxıb.
Arazmedia.az xəbər verir ki, İstanbul təmsilçisi “Sivasspor”u qəbul edib və 2:3 hesabı ilə uduzub.
“Qalatasaray” – “Sivasspor” – 2:3
Qollar: Qomis, 10 (1:0), Yatabare, 44 (1:1), Ulvestad, 49 (1:2), Qomis, 58-pen (2:2), Oğuz, 64 (2:3)
Bu nəticədən sonra “Qalatasaray” 47 xalla 13-cü pillədə qalıb, “Sivasspor” isə 48 xalla 11-ci pilləyə yüksəlib. Çempionluğu rəsmiləşdirən “Trabzonspor”un 77 xalı var. “Fənərbaxça” 68 xalla 2-ci, “Konyaspor” 64 xalla 3-cüdür.