Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə telefon danışığı olacaq.
Arazmedia.az xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu həftə mən cənab Putinlə danışıqlar aparmağı planlaşdırıram”, – Ərdoğan deyib.
O, Ukraynadakı münaqişənin həlli üçün Ankara və ya İstanbulda konkret addımların atılacağına ümid etdiyini bildirib.