Avropa İttifaqı Ukrayna qaçqınların qəbuluna görə İttifaq ölkələrinə 3,5 milyard avro vəsait ayırıb.
Arazmedia.az xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının son hesabatında yer alıb.
Bölgüdə ən çox vəsaiti Polşa əldə edib – 562 milyon avro. BMT-nin hesabatına görə, fevralın 24-dən 5,4 milyon ukraynalı ölkəni tərk edib. Hər 6 qaçqından biri Polşada məskunlaşıb.