DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Quterreş Kiyevdə Zelenski ilə görüşəcək

1 dəqiqəyə oxunur

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş sabah Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Arazmedia.az xəbər verir ki, bu  barədə BMT Baş katibinin Mətbuat xidməti məlumat yayıb. 

“Quterreş Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı müharibəni müzakirə etdikdən sonra Kiyevə səfər edəcək”, – məlumatda deyilir.  

Polşa üzərindən Kiyevə gedəcək Quterreş Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və prezident Zelenski ilə görüşəcək.

BMT həmçinin elan edib ki, Quterreşin Moskvaya səfəri zamanı Rusiya ilə Mariupol bölgəsindəki Azovstal zavodundan mülki əhalinin təxliyəsi barədə razılığa gəlib.