DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Liverpul” “Vilyareal”a qarşı – ÇL

1 dəqiqəyə oxunur

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arazmedia.az xəbər verir ki, bu raundun ikinci matçında İngiltərə “Liverpul”u İspaniyanın “Vilyarreal” klubunu qəbul edəcək. “Enfild” stadionundakı görüşü polşalı Şimon Marçinyak idarə edəcək. Laysmanlar Pavel Sokolnitski və Tomaş Listkeviç, 4-cü hakim isə sloveniyalı Slavko Vinçiç olacaq.

Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlardan isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

28 aprel

23:00. “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul, “Enfild” stadionu

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya “Real Madrid”i İngiltərədə “Mançester Siti”yə uduzub – 3:4.