DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Ələtdə iki piyadanı maşın vurub öldürdü

1 dəqiqəyə oxunur

Bakıda avtomobil iki piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Arazmedia.az-a verilən məlumata görə, aprelin 27-də saat 3 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında dayanmış Səyavuş Cəfərovu və Emil Qurbanovu vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.