Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
Arazmedia.az xəbər verir ki, yığıncağı AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açıq elan edəcək.
Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri ilə yanaşı, bir sıra nazirliklərin və ali təhsil müəssisələrinin rəhbər şəxslərinin, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı gözlənilir.
Yığıncaqda 8 bölmənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinləniləcək.