Tayvanın şərq sahillərində 4,7 bal gücündə zəlzələ baş verib. Arazmedia.az xəbər verir ki, bu barədə Çinin seysmoloji xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Taitung şəhərindən 70 km şimal-şərqdə, ocağı isə 29,4 km dərinlikdə yerləşib. Yerin titrəyişləri Hualien, Taitung və Zhanghua əyalətlərində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Share