DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bu şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq

1 dəqiqəyə oxunur

“Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq”.

Arazmedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, “Əmək pensiyaları haqqında” qanunun 45-ci maddəsinə təklif olunan dəyişiklik nəticəsində bu Qanunun 9-cu maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. 

Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq.