Ukrayna Silahlı qüvvələri Xerson vilayətində 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edə bilib.
Arazmedia.az xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığının mətbuat xidməti “Facebook”da məlumat yayıb.
“Bizim bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib. Posad-Pokrovskoye növbəti hücum üçün Kiselevka ərazisində toplanan canlı qüvvə və texnika bölmələrimiz tərəfindən atəşə tutulub. Düşmən xeyli itkilər verərək, Çernobaevkaya doğru geri çəkildi”, – məlumatda deyilir.