Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo üzrə milli komandasının üç üzvü Antalyada keçirilən Qran-Pri yarışında mübarizəyə qoşulub.
AMPK-dan Arazmedia.az-a bildiriblər ki, paracüdoçumuz Xatirə İsmiyeva (70 kq-dan yuxarı) yarışın finalına yüksəlib.
Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Saleh Sultanov bürünc medal uğrunda mübarizə aparacaq. Digər təmsilçimiz Aysel İmamverdiyeva (70 kq) rəqibinə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, ötən gün paracüdoçumuz Namiq Abaslı (73 kq) turnirin gümüş medalına layiq görülüb.