DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bu gün şəhid Təbriz Həsənovun anım günüdür

1 dəqiqəyə oxunur

Təbriz Həsənovun anım günüdür

Arazmedia.az xəbər verir ki, Təbriz 1996-cı il yanvarın 27-si Hacıqabul rayonu Qızılburun kəndində anadan olub. 1998-ci ilin yanvar ayında ailəsi Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə köçdüyü üçün Təbriz bu qəsəbədəki Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Bakı şəhəri Neft və Energetika Kollecinə qəbul olub.

2015-ci ildə kolleci bitirəndən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin mart ayında kiçik çavuş rütbəsi alan Təbriz aprel ayının 2-sindən 6-na kimi Ağdam ətrafında gedən qızğın döyüşlərdə iştirak edib. Lələtəpə uğrunda gedən döyüşlərdə fəallıq göstərib.

Aprel ayının 22-si Ağdam rayonunun Çəmənli kəndində şəhid olub. Ələt qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Hacıağa Qayıbov