Rusiyanın Ukraynaya hücumu nəticəsində 205 uşaq həlak olub, 567 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Arazmedia.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Qeyd edilib ki, öldürülən uşaqların əksəriyyəti Kiyev vilayətində, Xarkovda, Donetskdə, Çerniqovda, Nikolayevdə, Kiyev şəhərində, Jitomirdə, Xersonda və Sumıda olub.