DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Şimali Koreya nüvə sınaqlarını bərpa etdi

1 dəqiqəyə oxunur

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınaqlarını bərpa edib.

Arazmedia.az xəbər verir ki, bu barədə dövlətin rəsmi xəbər agentliyi məlumat yayıb.

“Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir”, – KXDR bildirib.

Cənubi Koreya ordusu şimalın dənizə qısa mənzilli iki raket buraxdığını təsdiqləyib.

BBC-yə görə, yeni sınaqlar KXDR-in yaxın gələcəkdə taktiki nüvə silahlarını sınaqdan keçirməyi planlaşdırdığına sübut ola bilər.

Qeyd edək ki, aprelin 18-də ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri də start götürüb.