DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Rusiya onlarla dövlətlə müharibə vəziyyətindədir” – Kadırov

1 dəqiqəyə oxunur

“Bütün dünya Rusiya ilə üz-üzədir, çünki NATO dövlətləri Ukraynanı silahlandırır”.

Arazmedia.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında bildirib. 

“Rusiya bu gün bütün dünyaya qarşı müharibə aparır. Mən bunu niyə deyirəm? Çünki heç kimdən konkret dəstək yoxdur və özünü güclü hesab edən dövlətlər, NATO, Qərb, hamısı buna qarşıdır”, – Kadırov deyib. 

Onun sözlərinə görə, Ukraynaya dəstək maliyyələşmə və silahlanmadadır, ora dünyanın hər yerindən muzdlular və mütəxəssislər göndərilir: “Rusiya onlarla dövlətlə müharibə vəziyyətindədir”.