DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

“I rübdə büdcə gəlirləri üzrə proqnoz 106% icra olunub” – Samir Şərifov

1 dəqiqəyə oxunur

“I rübün nəticələri ötən il Azərbaycanın əldə etdiyi nailiyyətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər”.

Arazmedia.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Ötən ilin sosial-iqtisadi yekunları göstərib ki, Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail olub. Belə ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilib, yəni, 2,2 % artıq – 3,4 % əvəzinə 5,6 %. Bu il də də biz bu tendensiyanın davamını görürük. Həmin bu müsbət meyillər dövlət büdcəsinin cari ilin I rübündəki göstəricilərində də özünü büruzə verib. Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 % və yaxud 418 milyon manat artıqlaması ilə icra olunub və büdcə gəlirləri 7 milyard 10 milyon manat təşkil edib”, – deyə o, qeyd edib.