![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/04/1649680943_625421a2e14a9625421a2e14aa1649680802625421a2e14a5625421a2e14a7.jpg?resize=700%2C466&ssl=1)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Arazmedia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 792 253 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir.
Ölkədə son sutka ərzində 2 624, hazırkı dövrədək isə 6 746 085 test aparılıb.