DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişib” – Zelenski

1 dəqiqəyə oxunur

Ukrayna prezideni Volodimir Zelenski Almaniya kansleri Olaf Şolzla söhbətindən danışıb. 

Arazmedia.az xəbər verir ki, Ukrayna lideri Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini qeyd edib.

“Bu gün mən Almaniya kansleri Olaf Şolz ilə müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını necə məsuliyyətə cəlb etmək barədə danışdım. Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülh axtarmağa məcbur etmək barədə danışdım”.

“Qeyd etməkdən məmnunam ki, son vaxtlar Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir. Məncə, bu, tamamilə məntiqlidir. Çünki bu kursu alman xalqının əksəriyyəti dəstəkləyir. Mən ona minnətdaram. Amma mən bunu gözləyirəm. Razılaşdığımız hər şey həyata keçiriləcək. Bu, çox vacibdir”, – deyə prezident bildirib.