DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Qarabağ” “Sumqayıt”a qalib gəldi

1 dəqiqəyə oxunur

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Arazmedia.az xəbər verir ki, çempionatın lideri “Qarabağ” “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”da baş tutan matç “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. 69-cu dəqiqədə fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 52-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmləndirib və avrokuboklara vəsiqəni təmin edib. 14 xalı olan “Sumqayıt” isə 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Şamaxı”ya 2:1, “Sabah” isə evdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək “Səbail” – “Qəbələ” matçı ilə yekun vurulacaq.