DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Roma Papası Ukraynaya səfər edə bilər

1 dəqiqəyə oxunur

Roma Papası Fransisk Ukraynaya səfər edəcək.

Arazmedia.az xarici KİV-ə istinadən xəbər veri ki, bu barədə Roma papası səfərə hazır olduğunu təsdiqləyib.

Papa bunun həyata keçirilməsinin mümkün olub-olmayacağına əmin olmadığını deyib: “Biri məndən soruşdu, birdən çox adam və mən səmimiyyətlə dedim ki, həmişə hazırlıq var, “yox” yoxdur. Məndən Ukraynaya dəvətin olub-olmadığını soruşdular, dedim ki, stolun üstündədir. Amma bilmirəm, bunu etmək olarmı, əlverişlidirmi, ən yaxşısı üçündürmü və bunu etməliyəmmi”.

Martın ortalarında Kiyevin meri Vitali Kliçko papaya Kiyevə səfərə dəvət göndərib və səfəri təşkil etmək mümkün olmasa, o, Ukrayna ilə Vatikan arasında videokonfransda iştirak etməyi təklif edib.