Azərbaycan cüdo yığması Antalyada keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü medalsız başa vurub.
Arazmedia.az xəbər verir ki, millimizin sonuncu medal şansı olan Orxan Səfərov 3-cü yer uğrunda qarşılaşmaya çıxmayacaq.
66 kq çəki dərəcəsində yarışan cüdoçumuz keçirdiyi sonuncu görüşdə zədələndiyi üçün mübarizəni dayandırıb.
Yığmanın həkiminin tövsiyəsi və baş məşqçisinin qərarına əsasən Səfərov tatamiyə çıxmayacaq.