![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/03/image_2022-03-30_113200.png?resize=700%2C500&ssl=1)
Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.
Arazmedia.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.
Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.(report)