DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ərdoğan Özbəkistana səfər EDƏCƏK

1 dəqiqəyə oxunur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şevkat Mirziyoyevin dəvəti ilə martın 29-30-da Özbəkistana rəsmi səfər edəcək.

Arazmedia.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə və Özbəkistan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək.

Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Daşkənddə müvafiq nazirliklərin iştirakı ilə keçiriləcək Şura toplantısında Türkiyə ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq səviyyəsi nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə olunacaq.