DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var

1 dəqiqəyə oxunur

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Razi Cəfərov, Tural Rəcəbov və Murad Musayev saxlanılıblar. R.Cəfərovun evinə baxış zamanı 102 qramdan artıq heroin və 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb. T.Rəcəbovun evinə baxış keçirilərkən 28 qrama yaxın metamfetamin və marixuana, M.Musayevdən də külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.