Dünyanın inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi də sübut edir ki, hər bir xalqın, millətin tərəqqisində onun siyasi liderləri mühüm rol bu oynayır. Yəni, tarixi proseslərdə şəxsiyyətlərin xidmətləri böyük əhəmiyyət kəsb edir və buna görə də “Şəxsiyyətlər tarix yaradır” ifadəsi əbəs yerə deyilmir.
Ulu Öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin qarşısını almışdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında, doğrudan da, dahi bir rəhbər və müdrik dövlət xadimini bəxş etdi. Aparılan uğurlu siyasət sayəsində Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi.
Azərbaycanın bu gün əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, tarixi ilə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya sədridir.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında daha yeni bir ilkə imza atıldı. Adətən daha çox xarici ölkələrdə baş verən partiyaların birləşməsi məsələsi Azərbaycanda da reallaşdı. YAP-ın VII qurultayında 6 siyasi partiya hakim partiyaya qoşulması haqqında müraciəti müsbət dəyərləndirildi və həmin siyasi partiyalar Yeni Azərbaycan Partiyasına birləşdi. Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.
YAP Ağstafa rayon təşkilatının sədri
Etibar Hacıyev