Rusiya prezidenti Vladimir Putinin Ukraynada bir sıra biabırçı uğursuzluqlardan sonra qəzəbləndiyi və yüksək səviyyəli generalları işdən çıxardığı iddia edilib.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Oleksiy Danilov məlumat yayıb.
Onun sözlərinə görə, Moskva uğursuzluğa düçar olandan sonra strategiyasını dəyişməyə çalışıb:
“Müharibə başlayandan bəri Putin “təxminən səkkiz” rus generalını vəzifəsindən kənarlaşdırıb”, – deyə o, ifadə edib.
Təhlükəsizlik üzrə ekspert və keçmiş Britaniya kəşfiyyatçısı Filip İnqram Britaniyanın “The Times” qəzetinə açıqlamasında, “Putin “çox qəzəblidir”. Rusiya lideri onu pis qərarlar qəbul etməsinə səbəb olan məsləhətlərə görə kəşfiyyatı günahlandırır”, – deyə ifadə edib.