“Calvin Klein” və “Tommy Hilfiger” brendlərinin daxil olduğu Amerikanın PVH şirkəti Rusiya və Belarusda işlərini dayandırmaq qərarına gəlib. Arazmedia.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, martın 7-dən etibarən bütün mağazalar müvəqqəti bağlanacağı bildirilib. “Bu qərar regiondakı biznes əməliyyatlarımızla bağlı atdığımız əlavə addımlardan sonra verilib”, – təşkilat bildirib. Onlayn satışlar isə fevralın 28-də dayandırılıb. Share