DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

İti asaraq öldürən şəxs saxlanıldı

1 dəqiqəyə oxunur

Xaçmazda iti asaraq öldürən şəxs saxlanılıb.

Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sosial şəbəkələrdə yayılmış itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri ilə bağlı bildirirəm ki, həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.