DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Almaniya Rusiya qazından imtina etdi

1 dəqiqəyə oxunur

Almaniya Rusiyadan yan keçərək qaz alışına başladığını açıqlayıb. 

Arazmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz ZDF telekanalına müsahibəsində bildirib. 

“Biz sadəlövh olmadığımıza görə, bir tərəfdən bu tənzimləməni təqdim etdik, amma eyni zamanda, vəziyyətə çox erkən hazırlaşdıq. Çünki çətinliklər də yarana bilər… Biz özümüzü başqa yerdən qaz satın alacağımıza hazırladıq. Biz bunu etdik və etməyə də davam edirik”, – kansler bildirib. 

Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri Robert Habek fevralın 24-də Rusiya qaz və kömüründən imtina etmək qərarını açıqlayıb. O, bu qərarını Almaniyanın “artıq beynəlxalq hüquqa hörmət etməyən” ölkədən bu qədər asılı ola bilməməsi ilə izah edib.

Böyük Britaniyanın baş naziri Boris Conson da Rusiyanın neft və qazından imtina etdiyini açıqlayıb.