DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Zelenskidən danışıqların nəticələri ilə bağlı AÇIQLAMA

1 dəqiqəyə oxunur

“Rəsmi Kiyev və Moskva arasında aparılan danışıqların nəticələrinə görə, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur”.

Arazmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

“Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik əldə etmək istədiyimiz nəticə yoxdur”, – deyə Zelenski əhaliyə videomüraciətində bildirib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raunduna necə keçəcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.