DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Son sutkada 35 mindən çox insan peyvənd olundu

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 481 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Arazmedia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2071, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29607, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1798 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 017 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 300 633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 786 953, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 724 169, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 206 113 təşkil edir.