![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/03/image_2022-03-01_102829.png?resize=630%2C354&ssl=1)
Ukraynanın Odessa vilayətinin Loşçinivka kəndi atəşə tutulub.
Arazmedia.az xəbər verir ki, bu barədə İzmail şəhərinin meri Andrey Abramçenko məlumat yayıb.
“Hörmətli İzmail vətəndaşları! Loşçinivka kəndindəki hərbi hissəyə raket zərbəsi endirilib”, – deyə bildirib.
Abramçenko atəşin nəticələri, qurbanların sayı və dəymiş ziyan barədə məlumat verməyib.