DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salındı

1 dəqiqəyə oxunur

Ukraynanın paytaxtı Kiyevdə çətin vəziyyətdə qalmış azərbaycanlı tələbələr Vinnitsa şəhərinə aparılıb və orada olan bir qrup həmyerlimizlə birgə Moldovaya yola salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Arazmedia.az-a verilən məlumata görə, komendant saatı olduğuna görə Ukraynadakı Azərbaycan diasporu təxliyə prosesinin polis maşınlarının müşayiəti ilə təhlükəsiz yollarla həyata keçirilməsini təmin edib.

Soydaşlarımızın yaxın günlərdə vətənə gələcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında sığınacaq tapan 9 azərbaycanlı tələbə təxliyə olunmaları xahişi ilə Azərbaycan dövlətinə müraciət edib. Tələbələrlə daim əlaqədə olan Diasporla İş üzrə Dövlət Komitəsi gənclərin yaxınlarından narahat olmamağı xahiş edir.

Ukraynada yaşayan soydaşlarımızın ölkəyə gətirilməsi fəaliyyəti müvafiq dövlət quruml