DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Gəncədə narkokuryer saxlanıldı

1 dəqiqəyə oxunur

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Anar Qarayev sosisal şəbəkələr üzərindən əcnəbi vətəndaşdan Bakı şəhəri ərazisində gizlədilən narkotik vasitəni 300 manat qarşılığında Gəncə şəhərinə gətirməyə razılaşıblar. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman avtomobildən çəkisi 203 qram olan heroin aşkar olunaraq götürülüb.