DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik götürüldü

1 dəqiqəyə oxunur

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı ünvanda qanunsuz odlu silah və narkotik vasitə saxlayan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayon sakini Mehman Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və tiryək aşkarlanıb.

Mehman Qəhrəmanovun şəhər ərazisindəki yaşadığı ünvana baxış zamanı isə 124
qram marixuana və 30 qram tiryək, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.