Bakıda keçmiş məhkum “Kalaşnikov”la saxlanılıb.
Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov saxlanılaraq Polis Bölməsinə gətirilib.
Onun üzərinə baxış zamanı 3 ədəd parton aşkar edilib.
Saxlanılan şəxs ifadəsində yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib.
Oradan isə Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat silah, 1 ədəd daraq və 2 ədəd parton aşkar olunaraq götürülüb.
Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.
9-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.