DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

İntizam komissiyası Cavanşir Feyziyevin məsələsinə baxa bilər

1 dəqiqəyə oxunur

Milli Məclisin İntizam komissiyasında deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər”.

Bunu “Unikal”a parlamentin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu məsələnin müzakirəyə çıxarılması üçün orada adıçəkilən jurnalistlər hansısa bir formada parlamentə müraciət etməlidirlər.

“Həmin müraciətdə təhqirlə bağlı hüquqi baxımdan yanaşmalar, əsaslandırmalar olmalıdır. Milli Məclisin rəhbərliyinin bu məsələyə hansı münasibət bəsləyəcəyi onun səlahiyyətinə aiddir. Əgər parlamentin rəhbərliyi tərəfindən məsələnin İntizam komissiyasında müzakirəsi məsləhət görülərsə, təbii ki, onda komissiya bu məsələyə baxa bilər”.