DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bir gündə 35 mindən çox peyvənd vuruldu

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 400 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Arazmedia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 30 600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 748 738, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 158 266 təşkil edir.