Tovuz rayonunda gənc qız dəm qazından boğulub.
Arazmedia.az “Unikal”a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Qasımova Leyla Asif qızı yaşadığı evin həyətindəki hamamda olarkən dəm qazından boğulub.
L.Qasımovanın meyiti bir müddətdən sonra hamamdan tapılıb.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.