DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyə terrorçuların silah-sursat anbarlarını vurdu

1 dəqiqəyə oxunur

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraq və Suriyada kürd yaraqlılarına qarşı hava əməliyyatı keçirib.

Arazmedia.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

“Türkiyə Hərbi Hava Qüvvələri PKK/KCK/YPG terrorçularına qarşı “Qış Qartalı” adlı hava əməliyyatı keçirib. Terrorçuların Şimali İraq və Suriyada baza olaraq istifadə etdikləri Derik, Sincar və Karacak sığınacaqları, mağaralar, tunellər, silah-sursat anbarları vurulub.

Qış qartalı əməliyyatı beynəlxalq hüquq normalarına uyğun olaraq, BMT Nizamnaməsinin dövlətin özünümüdafiə hüququnun həyata keçirilməsində hərbi gücə əl atmaq ayrılmaz hüququnu nəzərdə tutan 51-ci maddəsinə uyğun olaraq başlayıb və BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizəyə dair qətnamələri var”, – nazirlik əlavə edib.